Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


20.08.2020  10:54 

Anasını bıçaqlayan oğul tutuldu





A+  A-

Avqustun 19-da saat 19 radələrində Saatlı rayon sakini, 1968-ci il təvəllüdlü Afət Mehdiyevanın yaşadığı evdə bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Saatlı rayon prokurorluğundan XəzərNews.az-a verilən xəbərə görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1993-cü il təvəllüdlü Raqif Mehdiyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirməklə Afət Mehdiyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Raqif Mehdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3306 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +