Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


03.12.2019  08:52 

Smartfon işlədənlərin nəzərinə





A+  A-

Müasir gənclərin dörddəbir hissəsi smartfonlardan asılılıq nümayiş etdirir. Smartfon olmayanda onlarda psixoloji pozulma əlamətləri müşahidə olunur. Cavanlar əsəbi və həyəcanlı olurlar, ekran qarşısında keçirdikləri vaxta müstəqil nəzarət edə bilmirlər.
XəzərNews.az BBC-yə istinadla xəbər verir ki, Londondakı “Kinqz kollec” Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Onlar xəbərdarlıq edirlər ki, belə asılılıq psixi sağlamlığa ciddi ziyan vurur.

Yeniyetmələrin smartfondan nəzarətsiz istifadə etmələri onlarda qorxu və depressiya əlamətləri yaradır, yuxusuzluğa və müvəffəqiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.

“BMC Psychiatry” tibb nəşrində dərc edilmiş məruzədə alimlər ümumən 42 min yeniyetmənin iştirakı ilə keçirilmiş 41 tədqiqatın məlumatlarını təhlil ediblər. Yeniyetmələrin 23 faizində smartfondan asılılıq əlamətləri aşkar edilib. Məlum olub ki, smartfon “sevgisi” çox vaxt onların başqa məşğuliyyətlərinə ziyan vurur.



Xəbər 3582 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +