Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


31.07.2019  14:48 

Şəki sakinləri Turizm Agentliyini təkzib edir





A+  A-

Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Şəki Xan Sarayının turistləri qəbul etməyə hazır olduğunu açıqlasa da, hələlik ziyarətçilər əraziyə buraxılmır.
XəzərNews.az bildirir ki, Şəki sakinlərinin Modern.az-a verdiyi məlumata görə, hələ də ərazidə texnika işləyir:

“Kənardan görünür ki, qoruqdakı 24 çinarın hamısını budayırlar. Amma budama işləri yekunlaşmayıb, işlər davam etdirilir. Çünki deyilənə görə, girişdə olan ağac çox hündür olduğundan budama işlərini yekunlaşdıra bilmirlər. Məlumatlar var ki, bazar gününə işlər tam yekunlaşdırılacaq”.

Ərazidə çalışanların sakinlərə bildirdiyinə görə, saraya girişin bərpası avqustun 7-dən nəzərdə tutulur:

“Amma bu da rəsmi deyil. Çünki açılışın bərpası işin gedişindən asılıdır”.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.

Xəbər 3147 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +