Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


17.02.2019  12:54 

Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla





A+  A-

Soyğun faktını araşdıran Ukraynanın Odessa üzrə Milli Polis Baş İdarəsinin əməkdaşları etnik mütəşəkkil cinayətkar dəstənin üç üzvünü ələ keçirib.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ələ keçirilən şəxslər azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun adamları olub.

Məlumata görə, biznesmen Nikolay D.-yə qarşı soyğun ötən ilin dekabrın 13-də baş verib. Latviya nömrəli “Mersedes” avtomobilində biznesmenə yaxınlaşan 4 cinayətkar odlu silahdan ona atəş açıblar və 700 min qriven, həmçinin 23 min dollar ələ keçirərək gizləniblər.

Zərərçəkən isə budundan aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Axtarış zamanı dəstənin üç üzvü yaxalanıb. Onlara aid xeyli silah, həmçinin İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovanın 300-dən çox pasportu ələ keçirilib.

Qeyd edilir ki, Lotu Qulinin klanı Ukrayna kriminal “bazar”ında nəzarəti ələ keçirməyə çalışır.

Bununla yanaşı, zərərçəkən özü də daha əvvəl hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. O, saxta pul vəsaitlərinin hazırlanması, saxlanılması və alqı-satqısında ittiham edilir. Hazırda onun cinayət işinə Odessa məhkəməsində baxılır. Axtarış zamanı ondan xeyli sayda saxta dollarlar götürülüb.

Xəbər 3136 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +