Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


22.01.2019  13:27 

Bakıda ev yandıranlar tutuldu





A+  A-

Yanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, müraciətlə əlaqədar ərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb.

İstintaq və əməliyyat tədbirləri aparılır.

Xəbər 2833 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +