Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


12.11.2018  12:51 

Bəyimxanım Vəliyeva İsraildə keçirilən festivalda iştirak edib - FOTOLAR





A+  A-

Əməkdar artist Bəyimxanım Vəliyeva noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq “Ud” festivalında iştirak edib.
XəzərNews.az xəbər verir ki, artıq 3-cü dəfədir ki, bu festivala qatılan xanəndə İsrailli musiqiçilərlə birlikdə saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış edib. O, konsertdə “Getmə-getmə” xalq mahnısını, “Bəstə Nigar” təsnifi və Hacıbaba Hüseynovun repertuarından “İki sevda çəkənlərin cəzası var” təsnifini ifa edib.

Qeyd edək ki, tamaşaçılar xanəndəmizin ifasını ayaq üstə alqışlayaraq onu oxuması üçün yenidən səhnəyə qaytarıblar.

Festivalda dünyanın bir çox ölkələrindən xanəndələr və musiqiçilər qatılıb.

Xatırladaq ki, konsertdən sonra xanəndəmiz müsəlmanların müqəddəs yeri hesab olunan, Məhəmməd peyğəmbərin merac etdiyi, müqəddəs Qurani-Kərimdə adı çəkilən, müsəlmanların ilk qibləsi sayılan Məscidül-Əqsa məscidini də ziyarət edib.








Xəbər 3275 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +