Səbaildə asfalt çökdü, qadın xəsarət aldı
DTX imtahan şəbəkəsini ifşa etdi
Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ
Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq


01.10.2018  13:14 

Bakıda duman, rayonlarda yağış olacaq





A+  A-

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 2-3-də Abşeron yarımadasında sabit hava şəraiti və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər 2961 dəfə oxunub.




29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +