Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


08.08.2018  15:58 

İki qonşunun mübahisəsi qanla nəticələnib





A+  A-

Hadisə Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib.
XəzərNews.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, vəziyyəti orta-ağır olaraq qalır.

Hadisəni törədən şəxs isə 40-cı Polis Bölməsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, özündən bir neçə yaş kiçik olan qonşusu onu təhqir edib. Onun da qonşusuna fiziki gücü çatmadığından məsələni bıçaqla həll etmək qərarına gəlib.

Faktla əlaqədar Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb və Ə.Bünyatov barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Xəbər 3309 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +