Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


13.07.2018  11:56 

Qaradağdakı qəzada yaralananların sayı 22 nəfərə çatıb





A+  A-

Dünən - iyulun 12-də Qaradağ rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 22 nəfərə çatıb.
XəzərNews.az-ın məlumatına görə, bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

S.Əhmədova bildirib ki, hazırda Kliniki Tibbi Mərkəzin stasionar şöbəsində 5 nəfər müalicə alı:

"Onlardan 3-ü reanimasiyda, 2-i neyrotravma şöbəsindədir. Həmin 2 nəfərdən biri 23 həftəlik hamilə qadındır. Ginekoloji müayinədən sonra döl üçün hər hansı təhlükə olmadığı müəyyənləşib”.

Qeyd edək ki, Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində - Qaradağ rayonu ərazisində - “Isuzu” markalı 90-OJ-802 Dövlət Qeydiyyat Nişanı (DQN) yük maşını 149 nömrəli 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

Xəbər 2802 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +