Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


12.04.2018  23:11 

“Dəvə qutabı” əslində hansı ətdən hazırlanır? - VİDEO





A+  A-

Dəvə qutabı adı ilə satılan qutabların əsl tərkibi bir çoxlarını maraqlandırır.
XəzərNews.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, mal ətinin üzərinə şəkər tozu əlavə edilir, sonra həmin ətdən qutab hazırlanaraq “dəvə qutabı`” adı ilə vətəndaşlara satılır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycana xarici ölkələrdən diri dəvə və ya dəvə əti gətirilmir. Nazirliyin tərkibində olan Abşeron Kənd Təsərrüfatı Müəssisəsində dəvələr yetişdirilir. Lakin müəssisənin direktoru Rəhman Gülməmmədov deyir ki, burdakı dəvələr satılmır və yetişdirilməsində məqsəd genefondu qorumaqdır.

Dəvə qutabının satışı ilə məşğul şəxslər isə iddialarla razılaşmayaraq bildirir ki, hazırlanan qutab sırf dəvə ətindəndir və alıcılara 1 ədədi 1 manata təklif olunur. Onların sözlərinə görə, dəvə ətini müxtəlif şəxslərdən bir kiloqramını 16 manata alırlar.

Mütəxəssislər bildirir ki, dəvə əti mal ətinə nisbətən şirin olur. Buna baxmayaraq hər iki ətdən hazırlanan qutabları bir-birindən fərqləndirmək çətindir.

Mövzu barədə reportajı təqdim edirik:

VİDEO

Xəbər 3190 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +