İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


08.03.2018  09:54 

Vergi işçiləri ilə bağlı bu məhdudiyyət ləğv olundu





A+  A-

Nazirlər Kabineti “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.
XəzərNews.az-ın məlumatına görə, bu Qayda vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Vergilər Nazirliyinin xüsusi xəzinə hesabı açılır. Büdcədənkənar vəsaitin uçotu Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun həyata keçirilir. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsaitdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyitərəfindən həyata keçirilir.

Bu Qaydalarda dəyişiklik büdcədənkənar vəsaitdən istifadə istiqamətləri artırılıb. Artıq vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə bu vəsaitlər hesabına məqsədli təqaüdlər də ödəniləcək.

Qaydaya əsasən indiyə qədər büdcədənkənar vəsaitin 50 faizi (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə ayrılıb. Bundan sonra büdcədənkənar vəsaitin 50 faizinədək olan məbləği bu məqsədlə ayrılacaq, ancaq bu halda illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla bağlı məhdudiyyət olmayacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhdudiyyət ləğv edilib.

Xəbər 3140 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +