Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


09.01.2018  15:48 

“Reket“ jurnalistlərin vəsatəti qəbul edilmədi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
XəzərNews.az-ın xəbərinə görə, vəkil Bəylər Məmişov müdafiə etdiyi Surxay Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Digər təqsirləndiriıən Hikmət Nəcəflinin də vəkili eyni vəsatətlə çıxış edib.

Hər iki təqsirləndirilən şəxs vəkilləri ilə razı olduqlarını deyiblər.

Prokuror vəsatətlərin təmin edilməməsini istəyib. Bildirib ki, iş materialı çox epizodludur və təqsirləndirilən şəxslərin həbs qərarının dəyişdirilməsi mümkün deyil.
Prokuror işin məhkəmə baxışına verilməsini təklif edib.

Müşavirədən sonra məhkəmə qərarı elan edilib. Məhkəmə qərarı ilə vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Bu iş üzrə təqsirləndirilən Sevinc Məmmədsalayeva ,Gülbəniz Əliyeva, İlahə Qasımova və Maarif Abbasov da var. Onlardan S. Məmmədsalayeva həbs olunub. Digərlərinin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xəbər 3346 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +