Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


11.08.2017  19:48 

Masazıra niyə qaz verilmir?





A+  A-

Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsinin sakinləri bir həftədir qaz verilmədiyi üçün redaksiyamıza müraciət edib.
XəzərNews.az-ın xəbərinə görə, şikayətçilər “Qafqazinfo”ya bildiriblər ki, bu problem qaz sayğaclarının tənzimləyicisi yeniləndikdən sonra baş verib: “Əvvəlki tənzimləyicilər İran istehsalı idi. Dəyişib Gəncə istehsalı qoyublar. Cihazlar işləmədiyi üçün 1 həftədir qaz gəlmir. Dəfələrlə zəng vurmuşuq, şikayətimizin nəzərə alındığını deyirlər. Ancaq nə gələn var, nə gedən”.
Məsələylə bağlı “Azəriqaz”QSC-lə əlaqə saxlayıb. Qurumun mətbuat katibi İbrahim Kərbəlayev problemin tənzimləyicilərlə bağlı olmadığını bildirib: “Tənzimləyicilər yenidir və onlarda hər hansı bir problem yoxdur. Ərazidə qaz məhdudiyyətinin olmasının əsas səbəbi qaz xəttində sızma aşkarlanmasıdır. Hazırda briqada ərazidə işləyir və tezliklə problemi aradan qaldırılacaq”.

Xəbər 3360 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +