İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


01.08.2017  11:54 

Atanın kuvaldla vurduğu qızı öldü





A+  A-

İyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində atası tərəfindən ağır xəsarət yetirilən 19 yaşlı Məleykə Əliyeva vəfat edib.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Saday Əliyev 1972-ci il təvəllüdlü həyat yoldaşı Gülbəniz Əliyevanı gecə yatdığı yerdə iri çəkiclə (kuvald) vuraraq öldürmüşdü. 49 yaşlı kişi övladları 19 yaşlı Məleykə və 14 yaşlı Muradı da eyni üsulla öldürməyə çalışsa da, Onlar ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq 19 yaşlı Məleykə dünən xəstəxanada vəfat edib. Muradın müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Saday Əliyev hadisədən sonra özünü həyətdə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla Saday Əliyevin psixi xəstəlikdən əziyyət çəkməsi, qeyd edilən tarixdə yaşadığı evdə yatmış vəziyyətdə olan arvadı və övladlarının baş nahiyələrinə iri dəmir çəkiclə onlara qəsdən ağır bədən xəsarətləri yetirməsi və sonradan intihar etməsi müəyyən edilib.

Cinayətin aləti olan bir ədəd çəkic tapılaraq maddi sübut kimi götürülüb. Hazırda işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3234 dəfə oxunub.



25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +