Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


02.06.2017  17:05 

Bakıda bu ünvanlarda kollektor tikiləcək





A+  A-

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Nazirlər Kabinetinin sərəncamından irəli gələn vəzifələrin icrasına başlayıb.
Qurumdan XəzərNews.az-a daxil olan məlumata görə, sərəncama əsasən, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq layihələr üzrə tikinti-quraşdırma işlərinə başlanılıb.

İntensiv yağıntılar zamanı suyun səviyyəsi artaraq subasma halları baş verən göllərdən biri də Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən eyniadlı göldür. Səhmdar Cəmiyyətin sifarişi əsasında göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 millimetr diametrli borularla ümumi uzunluğu 4,7 kilometr olan kollektorun tikintisinə başlanıb. Kollektorun göldən açıq kanala qədər olan hissəsi qısa müddətdə tikilərək istismara verilib. Göldə suyun səviyyəsi azaldıqdan sonra kollektor gölün içərisinə doğru daha 200 metr məsafədə uzadılacaq və burada sugötürücü kamera tikiləcək.

Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,4 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.

Cari ilin payız mövsümünə qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq, göllərin daşması və yaşayış evlərinə ziyan vurması kimi təhlükələr aradan qaldıracaq.

İcra olunacaq layihələr:

1. Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi.
2. Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi.
3. Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
4. Binəqədi şosesi boyu kollektorun tikintisi.
5. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi.
6. Sabunçu rayonu ərazisində kollektorun tikintisi.
7. Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
8. Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin
yaxşılaşdırılması üçün sistemlərin tikintisi.
9. Sabunçu rayonu “Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının
kənarlaşdırılması üçün kollektorun tikintisi.
10. Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi.
11. Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi.
12. Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi.
13. Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.



Xəbər 2921 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +