Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


23.05.2017  08:56 

Abituriyentlərə verilən müddət bitdi





A+  A-

Bu ilin yayında keçiriləcək ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə qeydiyyat üçün verilən müddət başa çatıb.
XəzərNews.az xəbər verir ki, qeydiyyat mayın 22-si saat 23:59-da yekunlaşıb. Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda bu müddətdə Dövlət İmtahan Mərkəzinin saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməli idilər.
Bundan əlavə, təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilib.
16 mart - 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) qeyd olunan tarixədək ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə biliblər.
Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.

Xəbər 2988 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +