Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


18.04.2017  10:14 

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək





A+  A-


Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək. XəzərNews.az-ın məlumatına görə, ilk oyun günündə “Real” – “Bavariya” və “Lester” - “Atletiko” oyunları keçiriləcək.

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət “kral klubu”nun yarımfinala adlamaq şansını artırır. Cavab matçında 0:1 hesablı məğlubiyyət də “Real”ı qane edəcək. “Bavariya” yola davam etmək istəyirsə, “Santyaqo Bernabeu”da rəqibini minimum 2 dəfə mərkəzə dəvət etməlidi. Ev sahiblərinin heyətində Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən bu görüşü buraxacaq. "Bavariya”nın heyətində isə Robert Levandovski sıraya dönüb. Əvəzində Mats Hummels və Jerom Boatenq zədədən əziyyət çəkir.

Günün digər matçında “Atletiko” “Lester”in qonağı olacaq. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. “Lester” vəziyyəti öz xeyrinə dəyişmək üçün cavab oyununda mütləq fərqlənməli və qapısının toxunulmazlığını qoruyub saxlamalıdır. Çünki “Atletiko”nun səfərdə vuracağı 1 qol “Lester”in işini daha da çətinləşdirəcək. Belədə “tülkülər”ə mərhələ adlamaq üçün 3 qol lazım olacaq.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel

22:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1

22:45. “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 0:1

Xəbər 4011 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +