Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


07.04.2017  15:53 

Jurnalist təşkilatı Şamaxıda konfrans keçirdi





A+  A-

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyilə “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda konfrans keçirib.
XəzərNews.az xəbər verir ki, Şamaxı Dövlət Regional Kollecində baş tutan tədbirdə yerli icra hakimiyyətinin əməkdaşları, bələdiyyə üzvləri, QHT nümayəndələri, jurnalistlər və gənclər iştirak ediblər.
Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini İsmayıl Manafov analoji tədbirlərin gənc nəslin İslam sivilizasiyasını daha dərindən dərk etməsinə təkan verdiyini deyib.
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycanın tarix boyu İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb.
Jurnalist deyib ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər heç vaxt dini və etnik ayrıseçkiliyi təbliğ etməyiblər. Natiq bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Azərbaycan mədəniyyətlətin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb.
Jurnalist Səbinə Novruzzadə bildirib ki, Azərbaycan İslam aləmində özünəməxsus mövqeyə malikdir.



Xəbər 3802 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +