24.07.2025 11:18
İran jurnalisti yəhudi müğənniyə “Bom, bom Xocalı” mahnısını yazdırır
“İranda gəzən şayiələrə görə iki İran jurnalisti yəhudi mənşəli İtaliya doğumlu, Amerika vətəndaşı olan “Bom, bom Təl-Əviv” mahnısının müəllifi ilə danışıqlar aparırlar. Məqsədləri “Bom, bom Xocalı” mahnısını yazdırmaqdır. Ümid edirlər ki, onun ifasında bu da bir neçə yüz milyon tamaşaçı toplaya biləcək. Əslində göstərmək istəyirlər ki, Qəzza, Serebnitsa və ondan əvvəl isə Xocalı soyqırımı baş verib. Bu baş verənlərə xristian dünyasının bir qrupu iştirakçı olub, bir qrupu da göz yumub. Bəzi müsəlman dövlətləri də fədakarlıq edib, müsəlmanı soyqırıma məruz qoyan dövlətə təxminən 4 milyard dollar yardım edib. Bu bəşər tarixində görünməyən hadisədir”.
Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, qonşuluqda müsəlman soyqırımını görməyəsən, amma özündən 1500 km-də baş verən hadisəyə isə diqqət ayırasan:
“Daha böyük fədakarlıq müsəlmanı qıran xristianı mükafatlandırasan. Əlbəttə, bu gəzən şayiələrdədir. Amma gəzən şayiələr İranda rəsmi məlumatlar qədər mötəbərdir. Çünki axşam İran televiziyası gəzən şayiələr əsasında elan etdilər ki, Suriyadan təkfirçilər gəlir. Bir qrupunu Türkiyə Qarabağda yeləşdirəcək, Sünikdə də yerləşdirə bilər. Bir qrupu isə Ukraynada vuruşacaq. Ona görə Rusiya indidən Azərbaycanı cəzalandırsa yaxşıdır. Suriyadan təkfirçilərin gəlməsi mövzusu təbii ki, yeni deyil. 2020-ci ilin noyabrın 4-də ali dini lider çox təkidli bəyan etdi ki, dəqiq məlumatlara görə Suriyadan təkfirçilər gəlib, Azərbaycan-İran sərhədində yerləşdirilib. Bizə hədə də gəldi. Sonradan onun heç bir səs yazısı, görüntüsünü tapa bilmədilər. Rusiya sərhədçiləri isə Suriya təkfirçilərinin olduğu deyilən ərazilərdə yerləşdirilmişdi. Rusiya sülhməramlılarının ilk işi isə radioelektron mübarizə qurğularını qurmaq oldu. Bu vaxta qədər RF sülhməramlılar bir dənə səs yazısı, telefon zəngi, SMS tutmayıb. İran üçün yalan çox müqəddəs iş olduğuna görə axşam İran televiziyasında elan etdilər ki, guya səsləri tutulub. “Xocalı soyqırımı” termininin qadağan olunduğu ölkənin eksperti yəqinki əlində o səsdən varsa, onu efirə qoya bilər. İranın hansı strukturunda o səs varsa, buyursun. İranda bir qrup vətəndaşın ayılıb, Xocalı soqyırımında beynəlxalq aləmə səs-küy salan mahnı bəstələtməsi müsbət amildir. O biri vətəndaşları da Xocalı soyqırımını daha da populyarlaşdırarlar, Xocalı soyqırımına layiq olanları cəzalandırarlar”.
Zəhra
XəzərNews.az
Xəbər 563 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|