Ramzan Kadırov Türkiyədə dənizdə boğuldu
İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı


23.07.2025  16:44 

Azərbaycanda polisi terrorla şantaj edən uşaq cəzalandırıldı





A+  A-

Bakıda terror törədəcəyi barədə yalan məlumat verən yeniyetmə saxlanılıb.

XəzərNews.az Lent.az xəbər verir ki, Qazaxıstanda yaşayan 17 yaşlı azərbaycanlı Vahid Mirzəyev (ad və soyad şərti) 2023-cü ilin oktyabr ayında Azərbaycan Daxili İşlər Nazirliyinə məktub göndərərək, Nəsimi rayonundakı ticarət mərkəzlərindən birində partlayış törədəcəyini deyib.

Elektron müraciəti zamanı o, tələb olunan bölmələrə ayrı-ayrı şəxslərin məlumatlarını yerləşdirib. Vahid müraciətində Azərbaycanın təhlükəsizlik xidmətinə səsləndiyini və deyəcəyi pulu onun kripto hesabına yükləməyəcəkləri təqdirdə qeyd etdiyi ticarət mərkəzini partladacağını bildirib.

Buna görə, də Qazaxıstan polisi onun ailəsi ilə birgə yaşadığı evə gələrək, Vahidi şöbəyə aparıb. Burada onun ifadəsi alınandan sonra Azərbaycana getməsi tapşırılıb. Atası ilə ilə Bakıya gələn Vahid aeroportda polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə ittiham elan olunub.

Məhkəmə Vahidin yaşını və cinayəti etiraf edib səmimi peşman olmasını nəzərə alaraq, cəzasını yüngülləşdirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Vahid Mirzəyevə yekun olaraq, 300 manat məbləğində cərimə təyin olunub. Həmçinin onun barəsində seçilən ev dustaqlığı cəzası başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz olunub.

Xəbər 338 dəfə oxunub.



24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü

24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı


BÜTÜN XƏBƏRLƏR +