Ramzan Kadırov Türkiyədə dənizdə boğuldu
İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı


28.09.2024  19:11 

Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO





A+  A-

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib. Qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

Xəzərnews.az Publika.az-a istinadən xəbər verir ki, Hüseyn Quliyev yutuber “Zevs” kimi tanınan Ruslan Quliyevin qardaşıdır.

O, 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb.

Hüseyn Quliyevin fotosunu təqdim edirik:



Xəbər 7000 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü

24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı


BÜTÜN XƏBƏRLƏR +