Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


13.01.2021  16:43 

Rusiyada əhalinin kütləvi peyvəndlənməsinə başlanılır





A+  A-

Rusiyada gələn həftədən əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılacaq.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabineti ilə keçirilən iclas zamanı tapşırıq verib.

“Müvafiq infrastrukturun hazırlanmasını xahiş edirəm, Allaha şükür, peyvəndimiz nəqliyyat üçün mənfi əlli, mənfi yetmiş dərəcə kimi qeyri-adi şərtlər tələb etmir, burada hər şey daha asan və daha səmərəli işləyir. Digər xəstəliklərlə, məsələn, qriplə etdiyimiz kimi müvafiq bir cədvəl qurmaq lazımdır”,- deyə Putin iclas zamanı qeyd edib.

Baş nazirin müavini Tatyana Qolikova, bazar ertəsi günündən etibarən şöbələrin daha geniş miqyaslı peyvəndənməyə keçməyə hazır olduqlarını, ancaq subyektlərlə əlavə məsləhətləşmələrin tələb olunduğunu bildirib.

“Yanvar ayının sonunadək 2,1 milyon peyvənd əldə olunacaq və peyvəndlənmə kampaniyasını sürətləndirməyimizə ciddi ehtiyacımız var”,- deyə Qolikova vurğulayıb.

Qeyd edək ki, Rusiyada koronavirusa qarşı peyvəndləmə dekabr ayının əvvəllərində başlayıb. İlkin mərhələdə, əsas risk qruplarına aid olan vətəndaşlar: həkimlər, müəllimlər, sosial işçilər peyvənd olunub. Daha sonra isə FHN, mədəniyyət müəssisələri, ticarət və xidmət müəssisələri, nəqliyyat və enerji, sənaye və media işçiləri, inşaat işçiləri, könüllülər, tələbələr, bank və maliyyə sektoru işçiləri, dövlət qurumları və büdcə qurumlarının əməkdaşları peyvəndlənmə kampaniyasına qatılıb.

Xəbər 2045 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +