Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


24.05.2017  13:26 

“Lotu Yusif”ə 17 il həbs cəzası verildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 uşaq atası olan qohumunu öldürməkdə və maşın qaçırmaqda təqsirləndirilən Yusif Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Samir Əliyevin icraatında olan prosesdə hökm oxunub.

Hakim bildirib ki, maşın qaçırma epizodu üzrə zərərçəkən Şövkət İbrahimov prosesə gəlməyib.

Sonra şahidlər - Valeh Çıraqmuğanlı, Pənah Rüstəmov və Elçin Babayev ifadə veriblər.

P.Rüstəmov deyib ki, hadisə günü küçədə evinin yanında dayandığı zaman Yusif Babayev onun yanına gəlib: "Dedi ki, gedək çay içək. Əlində bıçaq var idi, amma bıçaqda qan yox idi. Çay içəndə dedi ki, Ramizi vurmuşam".

Zərərçəkən Şövkət İbrahimovun istintaqa ifadəsi elan olunub. O, taksi fəaliyyəti ilə məşğul olduğunu deyib: "Xaçmazdan Qubaya müştəri aparırdım, Qubada maşını saxlayıb marketə girdim. Dükanda olanda sərnişinlərdən biri qışqırdı ki, maşını apardılar. Sonra bildim ki, Yusif Babayev maşını qaçırıb".

Məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısı çıxış edərək Y.Babayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 4 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Təqsirləndirilən Y.Babayev son sözlə çıxış edərək deyib ki, maşını oğurlamayıb: "Sadəcə sürüb getmişəm, maşından heç nə götürməmişəm. Ramizi də qəsdən öldürmədim. İçmişdim, özümü idarə edə bilmirdim. Mənim üstümə bıçaq çəkmişdi, onu qorxutmaq istəyirdim. Dayım nəvəsi idi, peşmanam".

Y.Babayevin vəkili deyib ki, müdafiə etdiyi şəxsin psixoloji problemləri olub və buna görə psixi müalicə alıb.

Məhkəmə kollegiyasının hökmü ilə Yusif Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 2 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Kənd sakinləri məhkəmədə şahid qismində ifadə verərkən Y.Babayevin kənddə çay qırağında bıçaqla divarlara "Lotu Yusif", "Hamı məndən qorxsun" yazıb.

Qeyd edək ki, hasidə 2016-cı ilin noyabr ayında Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb. O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov 3 uşaq atasıdır.

Y.Babayev qətli törətdikdən sonra maşın qaçırıb.

(qafqazinfo.az)

Xəbər 1682 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +