Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


08.06.2023  10:07 

Bakı Rus Dram Teatrının kollektivi Rusiyanın Ukraynaya hücumunu dəstəkləyir?





A+  A-

“Dostlardan biri yazıb ki, Bakıdakı Rus Dram Teatrı tam kollektiv olaraq qanlı Rusiya imperiyasının dost Ukraynaya işğalçı hücumunu dəstəkləyir. Açığı, bu dəstəyin harada, necə ifadə olunduğunu bilmirəm. Amma yazan adamın ciddiyyəti, yetərincə məlumatlı və təcrübəli birisi olması məni bu həyəcan təbilini çalmağa məcbur edir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət çıxış edib.

A.Həsrət bildirib ki, Azərbaycan dövlətinin pulu hesabına fəaliyyət göstərən bir mədəniyyət müəssisəsi necə belə edə bilər axı?

“Dövlətimizin özü belə putlerin bu faşizmini dəstəkləmədiyi halda necə olur ki, bir teatrda belə ovqat hakim olur? Ümumiyyətlə isə Bakıda rus teatrının nə işi var? Tamam da, anladıq, sovet dönəmində lazım idi, buna məcbur idik. İndi nə olub bizə? Həm də bu teatrın adı artıq hətta işğalçı-qanlı rus rejimini dəstəkləməkdə çəkilirsə, ona bir çəki-düzən vermək lazım deyilmi?”, - deyə A.Həsrət bildirib.

A.Həsrət xatırladıb ki, bir müddət öncə bəzi teatrlarımızda hələ də çoxsaylı rusca tamaşaların səhnəyə qoyulduğu diqqətini çəkib:

“Bu da bizi əsarət zənciri ilə daha möhkəm bağlamağa xidmət edir. Kimdir bunların arxasında? Elə teatr bilirəm ki, oradakı tamaşaların 50 faizi rus dilindədir! Məgər bu ölkənin əhalisinin 50 faizi rusdur ki, teatr da əlli əlliyə işləyir?..”

Qeyd edək ki, cəhdlərimizə baxmayaraq Bakıdakı Rus Dram Teatrından mövqe öyrənə bilmədik.

Xəbər 3060 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +