“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.02.2024  12:47 

“Saxla” işarəsinə tabe olmayan sürücü saxlanıldı





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “KamAZ” markalı, 77-CF-094 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Mərhəmət Babayev polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Xezernews.az Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində avtomobil saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Mərhəmət Babayev nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiyinə, həmin inzibati xətanı il ərzində təkrar törətdiyinə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb edildiyinə görə polisin qanuni tələbinə tabe olmayaraq yayınmağa çalışıb və qanunazidd əməllərini davam etdirib.

Bununla bağlı, sürücü barəsində inzibati qanunvericiliyə uyğun protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Mərhəmət Babayev inzibati qaydada həbs edilib.



Xəbər 1204 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +