“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.11.2023  03:48 

Mixail Kasyanov xarici agentlərin reyestrinə daxil edilib





A+  A-

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov xarici agentlərin reyestrinə daxil edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə məlumat Rusiya Ədliyyə Nazirliyinin saytında yerləşdirilib.

"Kasyanov Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb. O, Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb, xarici strukturların təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib.

Xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərlə yanaşı, o, fəaliyyəti Rusiya Federasiyasının xarici və daxili siyasətini gözdən salmağa yönəlmiş Rusiyanın Müharibə Əleyhinə Komitəsinin üzvüdür", - deyə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Mixail Kasyanov 2000-2004-cü illərdə Rusiya Hökümətinin sədri vəzifəsini tutub./APA

Xəbər 1183 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +