“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.10.2023  09:43 

İntihar edən həkim-stomatoloqu polis boğaza yığıbmış - İddia





A+  A-

Yevlaxda həkim-stomatoloq Nicat Əjdərli intihar edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Turan-a onun qardaşı Samir Əjdərli bildirib.

Onun sözlərinə görə, oktyabrın 19-da həkimi Yevlax rayon polis şöbəsinə aparıblar.

"Bundan əvvəl bir neçə ay Hikmət adlı polis işçisi və rəis müavini Elsevər qardaşımdan hər ay 1-2 min manat pul tələb ediblər", - mərhumun qardaşı bildirib.

Hadisə günü iki polis əməkdaşı Nicat Əjdərlinin yanına gələrək onu polisə aparıblar. Orada 4-5 saat saxlayıblar. "Mən onun ardınca gedəndə mənə dedilər ki," hörmət" əlaməti olaraq qardaşımı cəmi 1 min manata buraxarlar", - Samir Əjdərli qeyd edib.

Yolda diş həkimi qardaşına deyib ki, ona fiziki və mənəvi təzyiq göstərərək pul tələb ediblər.

Bundan sonra o, evə gedərək intihar edib. Cibinə yazıb qoyub ki, " bağışlayın, mənim canımı boğaza yığdılar", - qardaşı deyib.

İntihardan sonra hüquq-mühafizə orqanları onun yaxınlarını istintaqa cəlb etməyib.

Polis onun sərxoş vəziyyətdə maşın sürdüyünə dair protokol tərtib edib. "Ancaq qardaşım polisə maşınla getmədi. Onun avtomobili evin yanında dayanmışdı", - Samir Əjdərli deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun rəhbəri Aslan Giyaslı Turan-a bildirib ki, Əjdərlinin ölümü prokurorluq tərəfindən araşdırılır.

Sonradan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, oktyabrın 18-də saat 15:30-da Nicat Raqif oğlu Əjdərli narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsilə əlaqədar polisə dəvət olunub və orada narkoloq-həkim tərəfindən müayinə edilib.

"Tibbi müayinə zamanı müəyyən edilib ki, o, sərxoş vəziyyətdə avtomobili idarə edib, bununla əlaqədar inzibati xəta haqqında protokol tərtib edilib və o buraxılıb.
Yuxarıda göstərilənləri nəzərə alaraq, ölüm səbəblərilə bağlı iddialar hüquqi əsası olmayan şəxsi mülahizələrdir".

Baş Prokurorluğun mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Xəbər 1423 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +