“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.10.2023  20:51 

“Azərlotereya” jurnalistlər arasında PR yarışı keçirir?





A+  A-

“Azərlotereya”nın maraqlı PR mexanizmi var: jurnalistləri çağırıblar bu gün tədbirə, sonra da deyiblər ki, bu tədbiri kim yaxşı PR eləsə, gələn tədbirə onu da çağıracağıq.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə AFN.az saytının Baş redaktoru Həbibə Abdulla çıxış edib.

“Sizi bilmirəm, iri şirkətlərin belə xırda hərəkətləri məni yaman hirsləndirir. Deməli, jurnalistin peşəkarlığı, araşdırmaq, yazmaq bacarığı yox, PR etmək bacarığı əsas götürülür. Daha onda camaatı niyə işindən-gücündən edirsiz ki? Çağırın blogerləri sizi reklam eləsinlər də... Yoxsa bu tədbirləri üzünüzə ələk kimi tutursuz?!” - deyə H.Abdulla əlavə edib.

Qeyd edək ki, H.Abdullanın bu açıqlaması sosial şəbəkədə geniş müzakirə olunur:

- "Azərlotereya" jurnalistləri ələ salmaq əvəzinə, yaxşı olardı ki, nə qədər bilet satıldığını və onun nə qədirini Uduş Fonduna qoyduğunu açıqlasın. Dünyanın normal ölkələrinin heç birində Uduş Fondu belə "40 qapı arxasında" gizlədilimir",

- "Rəzil günə salınmış Azərbaycan mediası ilə qumarbazlar da məzələnir",

- "Azərlotere"ya fəhlə bazarına obyektini qurub, qara fəhlələri də soyur. Hara gəldi köşklərini qoyurlar. Deyirlər ki, biz heç kimi məcbur etmirik. Sən lotoreyanı camaatın gözünün içinə soxanda, alacaq da..." kimi şərhlər yazılıb.

Xəbər 3548 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +