“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.01.2023  22:18 

Hikmət Cavad Ukrayna vətəndaşlığını qəbul edib - Foto





A+  A-

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Ukrayna vətəndaşlığını qəbul edib.

Bu barədə doaspor liderinin özü rəsmi Facebook səhifəsində post paylaşıb.

UABD-nin Ukraynanın ərazi bütövlüyünün müdafiəsində fəal iştirak etdiyini qeyd edən H.Cavad bunu sözlə deyil, konkret əməllərlə sübut etdiklərini vurğulayıb:

"Bir çoxlarımız üçün Ukrayna doğma vətənimizdir və biz onu son damla qanımıza qədər müdafiə etməyə hazırıq. Məsələn, mən Narıncı İnqilab və Ləyaqət İnqilabının fəal iştirakçısı olmuşam. Ukraynanın gələcəyinə inanıram və buna görə də aktiv informasiya müharibəsi aparır, mülki əhaliyə və orduya humanitar yardım göstərmək üçün tədbirlər həyata keçirirəm. Hələ 2009-cu ildə Ukrayna vətəndaşlığını almaq imkanım var idi. Lakin indi - ölkə üçün bu ağır günlərdə vətəndaş mövqeyimin ifadəsi kimi Ukrayna vətəndaşlığını qəbul etdim" - deyə, Diaspor sədri qeyd edib.



H.Cavadın sözlərinə görə, Ukraynanın bəzi vətəndaşları ölkəni tərk edir, lakin onun Ukrayna dövlətinə və xalqına sonsuz inamı var:

"Bu ölkənin gözəl gələcəyinə şübhə etmirəm. Bu çətin zamanda Ukrayna vətəndaşı olmaq mənim üçün böyük şərəfdir. Mənə Ukrayna vətəndaşı olmaq şərəfini verdiyi üçün Prezident Vladimir Zelenskiyə minnətdaram! Qələbə bizim olacaq" - deyə, H.Cavad vurğulayıb./Missiya.Az

Xəbər 1129 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +