“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


15.11.2022  10:57 

Masada Ukrayna: Azərbaycan səsvermədə iştirak etmədi





A+  A-

BMT Baş Assambleyasının xüsusi sessiyasının iştirakçıları Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyi ilə bağlı qətnamə qəbul ediblər.

XəzərNews.az xəbər verir ki, qətnaməni assambleyanın 193 üzvündən 94-ü dəstəkləyib. Ümumilikdə 14 ölkə sənədin əleyhinə, 73 üzv isə bitərəf qalıb.

Sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları Birliyi, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib.

Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, İndoneziya, Səudiyyə Ərəbistanı və Serbiya bitərəf qalıb.

Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna, Estoniya, Macarıstan və Türkiyə qətnaməni dəstəkləyib.

Azərbaycan və Türkmənistan səsvermədə iştirak etməyib.

İsmayıl Nifti
XəzərNews.az


Xəbər 976 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +