“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


29.07.2021  09:57 

890 milyon il əvvələ aid heyvan qalıqları tapıldı





A+  A-

Kanadalı alimlərin araşdırması heyvan həyatının 890 milyon il əvvələ qədər uzana biləcəyini ortaya qoyub.
XəzərNews.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Kanadanın Ontario ştatındakı Laurentian Universitetinin Paleontologiya və Geologiya professoru Elizabet Törner ölkənin şimal-qərbində yüz milyonlarla il əvvəl yaşamış süngərlərə aid olduğu düşünülən qalıqlar kəşf edib.

Alim qalıqların süngər skeleti olduğunu irəli sürüb.

“Bu süngər skeleti çox xarakteristikdir və müqayisə etmək üçün bənzəri yoxdur”, - məıumatda deyilir.

Süngərlər Yer üzündəki ən qədim heyvan növü olaraq qəbul edilir və elmi məlumatlar bu növə aid ən qədim qalıqların 535 milyon il əvvələ məxsus olduğuna işarə edir.

Araşdırmanın nəticələri “Nature” dərgisində yayımlanıb.

Xəbər 1491 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +