“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.04.2021  12:45 

Quterreş bütün ölkələri Minalar Əleyhinə Konvensiyaya qoşulmağa çağırdı





A+  A-

Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günü münasibəti ilə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatı yayılıb.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən XəzərNews.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günündə minaların səbəb olduğu təhlükələrə qarşı maarifləndirmə işlərində gördüyümüz işləri nəzərdən keçiririk və minasız dünyaya nail olmaq öhdəliyimizi bir daha bəyan edirik.

Bəyanatda qeyd olunur ki, Minalar Əleyhinə Konvensiyaya 160-dan çox dövlət qoşulub:

“Bu konvensiyaya qoşulmayan ölkələri ləngimədən qoşulma qərarını verməyə çağırıram. Minalar, partlayıcı maddələrin qalıqları, əldəqayırma partlayıcı qurğular həssas təbəqəyə aid olan insanlara, məcburi köçkünlərə, məhrumiyyətlərə məruz qalmış insanlara və uşaqlara daha çox təsir edir. Onlar dinc həll yollarını çətinləşdirir, humanitar yardımlara əngəl yaradır, eləcə də dayanıqlı və inklüziv inkişafa mane olur. Təəssüf ki, bəzən minaların təmizlənməsi sahəsində əldə etdiyimiz irəliləyiş puça çevrilir. Bununla yanaşı, minaların törətdiyi təhlükəyə dair təkcə maarifləndirmə və təbliğat işləri ilə kifayətlənə bilmərik. BMT Nizamnaməsi bizdən bu işi tamamlamağımızı tələb edir: bu öldürücü qurğuları axtarıb, təmizləyib və məhv etməyimizi. Gəlin, bu onilliyi bu problemlə mübarizə aparmalı olduğumuz sonuncu onillik edək”.

Xəbər 1756 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +