“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


01.09.2020  21:39 

Taksilərlə bağlı bu dəyişikliklər olacaq





A+  A-

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli qərarı ilə təsdiqlənmiş “Tələblər”ə, eyni zamanda əlaqəli digər qanunvericilik aktlarına dəyişikliklər layihələri Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanıb.
XəzərNews.az xəbər verir ki, qanunvericilik layihəsi aşağıda göstərilən taksi konsepsiyasına əsaslanır:

1. Daşıyıcıların statusu təkmilləşdirilir və onlara dair tələblər müəyyən olunur.

• Konsepsiya üzrə taksi aqreqatorları şəklində fəaliyyət göstərən şirkətlərin (Uber, Bolt və s.) hüquqi statusunun müəyyən edilməsini nəzərdə tutur.

• Taksi daşıyıcıları taksi minik avtomobillərinn saxlanılması, taksilərə texniki baxışın və sürücülərə tibbi müəyinənin keçirilməsi üçün istehsalat bazası ilə təmin olunmalıdırlar.

• Daşıyıcılar ilə sürücülər arasında əmək münasibətlərin qurulması nəzərdə tutulur. Hər nəqliyyat vasitəsi üçün 3 sürücü konsepsiyasının tətbiqi planlaşdırılır.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyyət müəyyən edilir.

• Dəyişikliklər mövcud qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyən edilməsini əhatə edirlər.

• Eyni zamanda, daşıyıcılar tərəfindən mövcud və yeni tələblərin pozulmasına görə məsuliyyət növləri müəyyən olunur.

3. Təhlükəsizliyin təmin edilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə vahid dispetçer sisteminin yaradılması nəzərdə tutulur.

4. Taksi fəaliyyəti üçün zəruri olan “Fərqlənmə nişanı”nın alınması qaydası dəqiqləşdirilir və təkmilləşdirilir.

5. Taksi fəaliyyəti üzrə xidmət haqqının Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

6. Nizamnamə ilə Agentliyin səlahiyyətlərinə verilən kvotanın müəyyən edilməsi planlaşdırılır.

Layihənin həyata keçirilməsindən aşağıdakı nəticələrin əldə edilməsi nəzərdə tutulur:

• Taksi sərnişinin təhlükəsizliyin, sağlamlığının və rahatlığın daha yüksək səviyyədə təmin edilməsi;

• Taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin yaxşılaşdırılması;

• Taksi daşıyıcılarının nizama gətirilməsi, dempingin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, bu sahədə şəffaflığın təmin edilməsi;

• Dövlətin bu sahədə nəzarətin gücləndirilməsi, büdcə gəlirlərinin artması.

• Bakı şəhərində artıq taksi minik avtomobillərinin aradan qaldırılması nəticəsində tıxacların azalması və bununla da ekoloji durumun yaxşılaşdırılması.

Xəbər 1859 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +