“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.07.2020  10:21 

İranın nüvə obyektindəki partlayışı İsrail törədib?





A+  A-

İsrailin İranın Natanz nüvə obyektinə partlayıcı qurğu yerləşdirərək diversiya təşkil etdiyi iddia olunur.
XəzərNews.az xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə anonim kəşfiyyat mənbəyindən məlumat verilib. Yaxın Şərq bölgəsi üzrə kəşfiyyat rəsmisinin verdiyi məlumata görə, Natanz nüvə obyektində bu yaxınlarda baş verən yanğına, İsrail tərəfindən obyektə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi səbəb olub.

İslam İnqilabı Keşikçilər Korpusunun (IRGC) xüsusi təyinatlı qüvvələrinin nümayəndəsi nüvə obyektində mənşəyi məlum olmayan partlayıcı maddədən istifadə edildiyini qəzetə təsdiqləyib.

İsrail rəsmiləri isə hadisə barədə açıqlama verməsələr də, "nüvə silahlı İranın yaratdığı təhlükə" barədə vurğulama ediblər.

Bununla belə qəzet İsrailin hadisədə iştirakı ilə bağlı irəli sürülən iddianı yoxlaya və təsdiqləyə bilməyəciyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl də bir sıra qərb KİV-i tərəfindən İranın Natanz nüvə obyektində baş vermiş yanğının təxribat olduğu barədə xəbərlər yayılmışdı.

Xəbər 1777 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +