“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.04.2018  12:27 

“Bakı Bus” özbaşınalığı: BNA-nı vecinə almır-FOTO





A+  A-

Bakı Bus MMC balansında olan marşrutların ön qapılarına texniki müdaxilə edərək yarı işlək vəziyyətə gətirir. Şirkət sərnişinlərin avtobusa daxil olması üçün nəzərdə tutulmuş ön qapının ancaq bir layının açılmasına icazə verir.
Artıq bir müddətdir ki, şirkətə məxsus avtobuslara daxil olmaq müşkülə çevrilib. Səbəb isə ön qapının ancaq bir layının açılmasıdır. Marşrutlarda qeydə alınan bu hal marşruta daxil olmaq istəyən sərnişinlərə problem yaradır, gecikməyə səbəb olur və haqlı narazılıq yaradır.

Sürücülər bildirib ki, ön qapının ancaq bir layının açılması onların iradəsi daxilində deyil. Çünki ön qapının açılması üçün avtobusda bir düymə var ki, o da qapının hər iki layını açır. Marşrutların ön qapısının ancaq bir layının açılmasına səbəb şirkət tərəfindən qapılara texniki müdaxilə edilməsidir. Lakin bu müdaxilənin səbəbi hələlik məlum deyil.

XəzərNews.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Axar-a açıqlamasında bildirib ki, səbəb hər nə olursa olsun, bu yolverilməzdir və mütləq şəkildə səbəb araşdırılıb aradan qaldırılacaq:

“Bununla bağlı Bakı Bus MMC-yə xəbərdarlıq ediləcək, mütləq. Yenə o fikri təkrarlamaq istəyirəm ki, sərnişinlərin avtobusa rahat minib-düşməsinə heç bir əngəl olmamalıdır. Əgər iddia edildiyi kimi, texniki nəsə problem varsa, zəhmət çəkib nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirsinlər. Bu gündən şirkətə tapşırıq veriləcək ki, tədbir görülsün və belə hal daha təkrarlanmasın”.

Qeyd edək ki, problem bir müddət əvvəl başlamışdı və BNA rəsmi açıqlamasında olayın araşdırılacağını və mütləq tədbir görüləcəyini vəd etmişdi. Amma aradan xeyli müddət keçməsinə baxmayaraq, heç bir tədbir görülmür.


Xəbər 1620 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +