“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.04.2018  14:26 

Bəşər Əsəd İrana qaçıb?





A+  A-

Bir sıra kütləvi informasiya vasitələrinin yaydıqları xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd Qərb ölkələrinin hazırladıqları kütləvi raket zərbələri barədə verilən xəbərlərə görə ailəsi ilə birlikdə Tehrana köçürülüb.
XəzərNews.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı ilk olaraq BƏƏ-nin “Erem News” agentliyi paylaşıb. Mənbəyə görə, SEPAH döyüşçüləri gizli olaraq Əsədin, ailəsinin və yaxın ətrafının Dəməşqdən Tehrana köçürülməsini təmin ediblər.

Lakin bu məlumat tezliklə təkzib edilib. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa məlumatı yalanlayıb. “İndiki vəziyyətdə müəyyən qüvvələr yalan xəbərlər yaya bilər. Gəlin, onlara inanmayaq”, - o bildirib.

“Suriyada vəziyyət bundan qat-qat ağır olan zaman – ölkənin əksər ərazisi və hətta Dəməşqin bir hissəsi hökumət qüvvələri tərəfindən nəzarətdə olmadığı bir dövrdə belə Bəşər Əsəd heç yerə getməmişdi”, - rusiyalı siyasətçi qeyd edib.

Xəbər 1385 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +