Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


22.02.2017  12:51 

“Xocalı soyqırımına aid cinayət işinin bəzi maddi sübutları yoxa çıxıb”





A+  A-

“Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə fevralın 26-da “Ana fəryadı” abidəsi önünə yürüş ediləcək. Bununla bağlı tapşırıqlar verilib. Bütün dövlət müəssisələri bu yürüşdə iştirak edəcək”.
XəzərNews.az xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfransda deyib.

Xanlar Vəliyev qeyd edib ki, Xocalı soyqırımına görə başlanılmış cinayət işi dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb.
“Əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb. 2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”.
Hərbi prokuror bildirib ki, ölkə ərazisinin işğalı nəticəsində milyardlarla ziyan dəyib.
“Ekspertərlə qiymətləndirmə işləri aparırıq. Biz o zaman torpaqlarımızı alacağıq ki, yalnız torpaq haqqında düşünəcəyik. Azərbaycanda 26 fevral Xocalı soyqırımı, 31 mart qırğını keçdikdən sonra hamı unudur. Bunu yalnız təqvimlə xatırlamaq doğru deyil. Torpaqlarımızı azad etmək üçün nəyə gücümüz çatır, etməliyik, təbliğat aparılmalıdır. Bir məsələ var, haqq güc olsa da, güclü olar. Biz də torpaqlarımızı azad edəcəyik.Bu gün Azərbaycanın yetərincə gücü var. Bəzi xarici ölkələr imkan versə, torpaqlarımızı azad edə bilərik. Bu problemi bizdən sonrakı nəslin boynuna qoymaq haqqımız yoxdur”.

Xəbər 2433 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +