Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir


02.11.2021  13:58 

Narkotacirlər saxlanıldı - 4 kq 43 qramla





A+  A-

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər Səbail Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə və 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

XezerNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Elvin Bədəlov Badamdar qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan zaman tutulub. Onun üzərində axtarış aparılarkən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Elvin Bədəlov ifadəsində narkotik vasitələri Ruhin adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə narkotik vasitəni satan Oğuz rayon sakini Ruhin İbrahimov da saxlanılaraq istintaqa təqdim edilib. R.İbrahimovun mənzilinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 43 qram olan satış üçün saxladığı marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin hər biri izahatlarında Səbail və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Xəbər 1486 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +