Üçtərəfli formatda görüşə hazıram - Zelenski
Ukrayna hər ay 25-27 min arası əsgər toplayır
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda -Foto
Laçın Hava Limanının açılışı... - Foto
Lavrov Fidan görüşü oldu - Moskvada
Priqojinin qızı ABŞ-dan Rusiyaya qayıdıb
Ərdoğan Azərbaycana sabah gəlir - SƏFƏR
Ukrayna üçün silah məlumatlarını oğurladılar
“Mənə zəng edib dedilər ki, istefa ver”- Rəşad Sadıqov
Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb - Prezident


22.02.2018  18:46 

“Hay-küy qaldırdı ki, çıxıb getmək istəyir”





A+  A-

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun qış transfer pəncərəsi zamanı Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” komandasına satmasınının səbəbləri ilə əlaqədar sensasiyalı faktlar açıqlayıb.
XəzərNews.az xəbər verir ki, R.Sadıqov qol.az saytına verdiyi geniş müsahibədə bu məsələ ilə bağlı baş məşqçi Qurban Qurbanova və kluba yönələn tənqidlərin haqlı olmadığını bildirib: “Baş məşqçimiz Qurban Qurbanov futbolçuların komandaya sevgisinə, sədaqətinə xüsusi diqqət yetirir. Bir müddət əvvəl Ndlovunun adından açıqlamalar yayıldı ki, o, “Qarabağ”da qalmaq istəyib və guya Qurban Qurbanov onu komandada saxlamaq istəməyib. Mən bilmirəm, o, həqiqətənmi belə söz söyləyib, ya yox. Amma əsl həqiqət budu ki, Dino Çindən təklif alan kimi hay-küy qaldırdı ki,çıxıb getmək istəyir. Hələ qış fasiləsi zamanı o, kluba mesaj göndərdi ki, Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəmir. Təsəvvürünüzə gətirin, hətta burda tanıdığı taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb ona göndərsin. Halbuki onun “Qarabağ”la hələ bundan sonra ilyarımlıq müqaviləsi vardı”.

R.Sadıqov bildirib ki, məhz bu hadisədən sonra Q.Qurbanov Cənubi afrikalı hücumçunun gedişinə razılıq verib: “Çünki Qurban müəllimin prinsipi budu ki, hər bir futbolçu oynadığı komandaya birinci növbədə ürəkdən bağlı olmalıdı. Əgər kimsə komandada qalmaq istəmirsə, könlü başqa klubdadısa, Qurban müəllim o futbolçunu komandasında saxlamaz. Bu söhbətlərdən sonra da Dino Çin klubuna satıldı. Onun satılmasına görə ünvanımıza tənqidlər doğru deyil. Əsl həqiqət bax bunlardan ibarətdir. Ümid edirəm, bundan sonra azarkeşlər və media bizi daha yaxşı anlayacaqlar. Birdə ki, “Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb. “Qarabağ”ın Dinoya xeyri daha çox oldu, nəinki onun komandaya. Biz bundan sonra da öz qələbələrimiz, komandamızı uğura aparmaq barədə düşünürük”.

Xəbər 1880 dəfə oxunub.




27.05.2025  11:03 

Hava ilə bağlı XƏBƏRDARLIQ

27.05.2025  10:40 

Ölüm, gəl tanış olaq...

27.05.2025  10:29 

Ucarda yük avtomobili yanıb

27.05.2025  09:20 

Nazirliyin əməkdaşı həbs edilib


BÜTÜN XƏBƏRLƏR +