Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


08.05.2025  09:23 

Xəzər dənizində əməkdaşlığa dair məsələlər nəzərdən keçirilib





A+  A-

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) onuncu iclası keçirilib.

XəzərNews.az  xəbər verir ki, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – Samir Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – Əlirza Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Zülfiyyə Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – Mixail Petrakov) və Türkmənistan (nümayəndə heyətinin rəhbəri – Murad Atacanov) nümayəndə heyətləri iştirak ediblər. İclasa Rusiya nümayəndə heyətinin rəhbəri M. Petrakov sədrlik edib.

Tərəflər Xəzər dənizində əsas düz xətlərinin müəyyən edilməsi metodologiyasının müzakirəsini davam etdiriblər. İclas zamanı tərəflər Xəzər dənizində əməkdaşlığa dair məsələləri nəzərdən keçirib və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

YSİQ-nin növbəti iclası diplomatik kanallar vasitəsilə razılaşdırılmış tarixlərdə Türkmənistanda keçiriləcək.


Xəbər 79 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +