Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


03.02.2017  13:04 

Gənclərin Müsavat qarşısındakı aksiyasını YAP təşkil edib? - Hakim partiyadan AÇIQLAMA





A+  A-


Bir qrup gəncin dünən Müsavat Partiyasının qərargahı qarşısında keçirdiyi etiraz aksiyası ilə bağlı söz-söhbətlər, müzakirələr davam edir. Gənclər yanvarın 31-də  Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı keçirilən tədbirdə çıxış edən Müsavat Partiyası rəhbərliyinin apardığı siyasətə, ölkə haqqında səsləndirdiyi fikirlərə etiraz ediblər.

Gənclərin etirazlarının əsas hədəfi Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər olub. Söyüş xarakterli aksiyada İsa Qəmbər əleyhinə “Milli satqın”, ”Müsavat irsi ilə, M.Ə.Rəsuzlzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!”,  “Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!” kimi şüarlar səsləndirilib.

Sosial şəbəkələrdə açılan müzakirələrdə, Müsavat Partiyasının dəhlizlərində bu aksiyanın hakim  Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunduğu vurğulanır.

XəzərNews.az bildirir ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə Modern.az-a açıqlamasında yayılan xəbərlərə belə aydınlıq gətirib.

“Yeni Azərbaycan Partiyasının rəsmisi kimi bu hadisədən yalnız dünən axşam saatlarında mətbuat vasitəsilə xəbər tutmuşam. Həmin informasiya ilə tanış olub etiraz edən gənclərin şəkillərinə baxmışam. Orada tanıdığım bir nəfər də olsun gənc görmədim. Yeni Azərbaycan Partiyası bu cür işlərlə məşğul deyil”.

Hüseyn Paşayev aksiyanın YAP tərəfindən təşkil olunduğu haqda iddiaları qəbul etmirlər.

“Zaman-zaman Azərbaycan gənclərinin Bakı şəhərində müxtəlif radikal mövqe sərgiləyən, Azərbaycan dövlətçiliyi əleyhinə çıxış edən ayrı-ayrı şəxslərin ya evlərinin, ya da oturduqları ofisin qarşısında etiraz aksiyaları keçirilib. Həmin radikal müxalifət partiyaları bu etiraz aksiyalarının Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunması barədə fikirlər səsləndiriblər. Bu artıq bir şablona çevrilib. Kim onların fəaliyyətinə, tutduqları mövqeyə, dövlətçilik əleyhinə apardıqları mübarizəyə  etiraz edirsə, dərhal şablon fikirləri işə salırlar ki, bu, ya YAP, ya da hakimiyyət tərəfindən təşkil olunmuş aksiyalardır”.

Dünənki aksiyanın təşkil olunmasına gəlincə, YAP rəsmisi bunları deyib.

“Sadəcə olaraq, bir neçə gün öncə İsa Qəmbərin, Əli Kərimlinin və digərlərinin Məhəmməd Əmin  Rəsulzadənin doğum günündə Azərbaycanın dövlətçiliyi əleyhinə, uğurlu islahatlara qarşı yönəlik şüarlar səsləndiriblər. Xüsusilə, gəncləri qıcıqlandıran əsas məsələ var. Orada adıçəkilən şəxslər Cocuq Mərcanlı kəndinin bərpası və qaçqınların geri qaytarılması barədə prezident İlham Əliyevin məlum sərəncamının icra olunması ilə bağlı məsələni şübhə altına alıblar. Konkret olaraq, köçkünlərin geri qayıtması prosesinə də şübhə ilə yanaşıblar.  Görünür, Azərbaycan torpaqlarının işğal altında qalması prosesi onlara sərf edir. Bir qrup gənc də bu cür çıxışlara qəti etiraz ediblər. Onlar ora çıxıb etiraz edən gənclərin simasında bütün Azərbaycan gəncliyini təhqir etmiş olublar”.

Gənclərin söyüş dolu plakatlarla etirazına gəlincə, H.Paşayev deyib: “Son günlər Cocuq Mərcanlı ilə bağlı cəmiyyətdə xüsusi bir simpatiya yaranıb. Cocuq Mərcanlıya qayıdış  insanlarda böyük əhval-ruhiyyə yaradıb. Belə bir vəziyyətdə həmin şəxslərin sərəncama qarşı ironik çıxışları görünür, gənclərdə hədsiz qəzəbə səbəb olub. Onlar da bu cür rəftara əl atıblar. Gəncliyi də başa düşmək olar. Onlar  həm vətənpərvərdilər, həm də emosionaldırlar. Onların emosionallığını hardasa başa düşmək olar”.



Xəbər 3135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +