Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ
Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır


26.05.2021  16:53 

Magistraturaya qəbul imtahanı başa çatdı





A+  A-

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılıb. Binalarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 14693 bakalavr ərizə təqdim edib.

Qəbul imtahanı Bakıda 42, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunub. İmtahanın idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 169 imtahan rəhbəri, 1365 nəzarətçi-müəllim, 126 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Xəbər 3144 dəfə oxunub.




29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +