Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ
Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır


26.05.2021  14:22 

Sabaha olan hava proqnozu





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gecə ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Xəbər 3159 dəfə oxunub.




29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +