Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ
Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır


26.05.2021  09:13 

Bu gün magistraturaya qəbul imtahanının 2-ci cəhdi keçiriləcək





A+  A-

Bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.
XəzərNews.az xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Qəbul imtahanı Bakıda 42, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 10289, Naxçıvanda 512, Gəncədə 1120, Sumqayıtda 1071, Abşeronda 602, Mingəçevirdə 713, Lənkəranda 387 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 169 imtahan rəhbəri, 1365 nəzarətçi-müəllim, 126 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunacaq.



Xəbər 3728 dəfə oxunub.




29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +