“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


27.10.2021  15:01 

“Qarabağ zəfəri Azərbaycan və Türkiyənin böyük qürurudur”





A+  A-

“Qarabağ zəfəri Azərbaycan və Türkiyənin böyük qürurudur, “Bir millət, iki dövlət” anlayışının çox gözəl təzahürüdür”.

XezerNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Etnospor Konfederasyiyasının Prezidenti Bilal Ərdoğan bildirib.

B. Ərdoğan qeyd edib ki, dünən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər: “Ondan əvvəlki səfərdə isə Şuşanı ziyarət etmişdik. İşğaldan azad edilən torpaqları gəzən hər kəs görür ki, o torpaqlar 30 il ərzində heç bir toplumun rifahına xidmət etməyib. Bu torpaqların əsl sahibinə - Azərbaycana qayıtmasından sonra qısa müddətdə burada hava limanının istifadəyə verilməsi, yolların sürətlə inşa edilməsi, insanların ora qayıdandan sonra həyatlarını təmin etmək imkanlarının yaradılması çox qiymətlidir. Bu il Nizami Gəncəvinin 880-ci ildönümünün olması, sadəcə, Şuşanın deyil, Gəncənin, Qarabağın bir çox yerlərinin mədəni baxımdan nə qədər qiymətli olduğunu bizə xatırladır. Qarabağda bərpa işlərinin öncə tarixi əsərlərdən başlaması çox dəyərlidir. Bu bölgənin turizm imkanlarının nə qədər geniş olduğunu görürük”.

B. Ərdoğanın sözlərinə görə, Qarabağ Zəfəri göstərdi ki, qardaş, dost ölkələrin bir-birinə dayaq olması hər zaman müsbət nəticələrə səbəb olmaqdadır: “Türkiyə və Azərbaycanın həmrəyliyinin nə dərəcədə uğurlu olduğunu gördük. Ümid edirəm ki, bu həmrəylik iqtisadiyyat, mədəniyyət və başqa sahələrdə İƏT ölkələri arasında da olacaq. Türk ölkələri arasında da oxşar həmrəyliyi görmək istəyirik”.


Xəbər 1399 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +