“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.10.2021  20:10 

“Mənə “gəlinim“ deyərdi“ - Ruzə İbişova Canəli Əkbərovdan danışdı





A+  A-

"Böyük muğam ustası və xalq mahnılarının gözəl ifaçısı, tanınmış pedaqoq, Xalq Artisti Canəli Əkbərovun vəfatı məni də hədsiz kədərləndirdi. Onun Azərbaycan muğam sənətində öz yeri, öz üslubu vardı. Muğamı zil səslə oxuyan xanəndə idi. Gözəl natiqlik qabiliyyəti vardı. Qəzəliyyatın, xüsusilə Füzuli yaradıcılığının gözəl bilicisi idi. Xeyir-şər adamı idi. Onun oxuduğu "Bayatı türk", "Rast", "Cahargah" və digər muğamlar daim tarixdə yaşayacaq. Mən onun ölümünə inanmıram. Onun bənzərsiz sənəti yaşayır və həmişə yaşayacaq".

Bu fikirləri XezerNews.az-a Əməkdar artist, xanəndə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi Ruzə İbişova bildirib.

R.İbişova vurğulaib ki, Canəli müəllimin ADMİU-də rəhbərlik etdiyi muğam sənəti kafedrasında 2007-ci ildən müəllim olaraq çalışıram: "Mənim pedaqoq kimi yetişməyimdə Canəli Əkbərovun zəhməti danılmazdır. O, hamımıza qarşı diqqətli idi. Xeyir-şər adamı idi. Kollektivin şad günlərində bir ağsaqqal olaraq iştirak edirdi. Təhsil aldığım Asəf Zeynallı adına Musiqi Texnikumu və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında ustadlrım mərhum sənətkarlar Nəriman Əliyev, İslam Rzayev olsa da, Canəli Əkbərovu həmişə özümə müəllim sanmışam. Mənim həyat yoldaşım, əslən Masallıdan olduğu üçün mənə "gəlinim" - deyə müraciət edirdi. Onunla birgə oxuduğumuz duetlər bu gün AzTV-nin fondunda saxlanılır".



Xəbər 2353 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +