“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.05.2017  11:23 

Bakıda 30 manatlıq “Check-up” qalmaqalı





A+  A-

Bakıda insanları pulsuz müayinəyə çağıran şəbəkə aşkarlanıb.
Bu barədə vətəndaş Seymur Quliyev məlumat verib. O bildirib ki, bir neçə gün öncə anasını “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “Yeni Həyat” klinikasına dəvət edərək 30 manata “Check-up” edəcəklərini vəd ediblər. Qadın ora gedərək yoxlanışdan keçdikdən sonra ona 195 manatlıq dərman aldırıblar.

S.Quliyev sonradan dərmanlara baxdıqda üzərində heç bir holoqram, sertifikat, Azərbaycan dilində içlik olmadığını görüb və klinikaya gedib. Orada özünü baş həkim kimi təqdim edən Cəlalə adlı şəxs indi pullarının olmadığını, bir gün sonra kuryer vasitəsilə ödənişi geri qaytaracaqlarını vəd edib. Baş həkim həmçinin deyib ki, dərmanlar Almaniya istehsalıdır və Yaponiyadan gətirilib. Lakin bir neçə gün keçsə də, pul göndərilməyib.

S.Quliyev bildirib ki, klinikanın baş ofisi Nəsimi rayonunda yerləşir: “Bunlar şəbəkə biznesi kimi işləyən “Tianşi” şirkətinin filiallarıdır, amma özlərini klinika kimi təqdim edirlər. Heç bir lisenziyaları yoxdur. Mən ora gedəndə başqa da 20-ə yaxın adam şikayətə gəlmişdi. Rayondan gələn bir qoca kişi var idi, 320 manat pulunu alıb demişdilər ki, get, sabah səhər gəl 550 manat avans verəcəyik. Qoca kişi onlara yalvarırdı ki, heç olmasa öz pulumu qaytarın”.

Özünü klinikanın baş həkimi kimi təqdim edən, amma soyadını deməkdən imtina edən Cəlalə adlı şəxs qanuni fəaliyyət göstərdiklərini deyib: “Girin internetdə baxın. Bizim lisenziyamız var. Dərmanların hardan gəlməsinin nə fərqi var ki? Sizə müraciət edən şəxsə də 135 manatlıq dərman satılıb, 60 manat müayinənin puludur. Gəlib dərmanların pulunu götürsün, amma 60 manat qaytarılmayacaq”.

Bundan sonra baş həkim suallara cavab vermədən “vse, bitdi” deyib telefonu söndürdü.


(qafqazinfo.az)

Xəbər 1568 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +