Sabah 41 dərəcə isti olacaq
İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəməyə verir
Diaspor rəhbərinin oğlunu Mironov həbs etdirib
Suriya qüvvələri geri çəkildi
Satışa çıxarılan dondurmalar təhlükəlidirmi?
Ukraynanı ələ keçirmək üçün Rusiyaya neçə il lazımdır?
Rus bölməsi üzrə prioritetlə seçim ləğv olundu
Qərb dövlətləri İrana ultimatum verdi
25 günlük körpə ölü tapıldı
Klinika rəhbəri arvadını niyə güllələdi?


14.02.2022  17:01 

Hakimiyyətdəki naxçıvanlılar vurulur?





A+  A-

Son günlər Ramiz Mehdiyevlə bağlı baş verən prosesləri bəzi çevrələr məqsədli şəkildə cəmiyyətə “hakimiyyətdəki naxçıvanlıların vurulması” kimi təqdim edir və buna paralel şəkildə də 30 illik müstəqillik dövrünün bütün problemlərinin naxçıvanlıların üzərinə qoyulması təbliğatı aparırlar.

Müşahidələrimiz göstərir ki, bu işdə ən çox fəallıq göstərənlər vəzifələrindən çıxarılan, çıxarılması və tutluması gözlənən oliqarxlarların xaricdə yerləşdirdikləri “blogger şəbəkəsi” və onların müxalifət düşərgəsində gizlicə yedirib kritik dövr üçün hazırladıqları şəxslərdir.

Bu ziyanlı və separatçı təbliğatın aparılmasında əsas məqsəd isə odur ki, əhali, xüsusən də son illər paytaxt Bakıda məskunlaşmış Naxçıvan camaatı arasında regionçuluq meyllərini, yerliçilik hisslərini qızışdırmaqla, qarşılıqlı nifrət və toqquşma mühiti yaradılsın, onların passionar enerjisindən və etirazçı gücündən hakimiyyət əleyhinə yararlanılsın, beləliklə, yenidən ara qarışsın və onlar da həbsdən qurtulsunlar...

Ancaq bu təbliğatı aparanlar onu unudurlar ki, Naxçıvan camaatı nə qədər müqavimət və etirazçı gücünü qoruyub saxlasa da, ədalət hissini də itirməyib və bu bölgənin camaatı özündən və ailəsindən başqa heç kimi düşünməyən, ölkənin sərvətlərini talayıb xaricə qaçıran və öz qabiliyyətsiz, tüfeyli, pozğun övladlarının eyş-işrətinə sərf edən, el-obası üçün heç bir faydalı addım atmayan hansısa oğru məmura və onların tör-töküntüsünə, əlaltısına görə küçələrə çıxmaz!

Əksinə, camaatımızın əhvalından, nüfuzlu ağsaqqallarımızın reaksiyalarından aydın görünür ki, əslən Naxçıvandan olan və davranışlarıyla müqəddəs Naxçıvan torpağının adına ləkə olan bir çox oliqarxların zərərsizləşdirilməsində elə sadə naxçıvanlılar indi hamıdan çox maraqlıdırlar, bu yöndə Prezidentdən və güc strukturlarının rəhbərlərindən daha çox gözləntiləri var...

Vaxtilə rəhmətlik Heydər Əliyev doğulduğu Naxçıvandan SSRİ kimi nəhəng dövlətin Siyasi Büro üzvlüyünədək dişi-dırnağı ilə qalxmış və qalxdıqca da doğulduğu torpağa, onun adət-ənənlərinə, adamlarına sevgisini də heç vaxt itirməmiş, özüylə bərabər daşıyıb ucaltmış, təkcə özünə yox, el-obasına da hörmət, şöhrət gətirmişdi! Buna görə də onu vəzifədən çıxaranda bütün Naxçıvan camaatı bu hadisəni heysiyyatına, şərəfinə toxunmuş hal kimi qəbul etdi, ayağa qalxdı, onun arxasında Mücahid Ordusu kimi səfərbər oldu!

İndi Naxçıvan camaatı kimə görə ayağa qalxmalıdır?! Rəhmətlik Heydər Əliyevin hesabına ipdən qurtulub vəzifələrə gələn, bu vəzifələrdən istifadə edib ölkəni talayan, ən varlı adamlara çevrilən, sonra da Heydər Əliyevin oğluna qarşı onun düşmənləriylə birləşənlərə, ittifaq bağlayanlara görəmi? Yanılırsınız, çox-çox yanılırsınız!
Sadə naxçıvanlılar indi Heydər Əliyevin oğluyla birləşərək, adımızı batıranları batıracaqlar ki, bir də kimsə adımızı batırmağa qalxmasın!

Elxan Şükürlü

Xəbər 7606 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq

17.07.2025  11:35 

Suriya qüvvələri geri çəkildi

17.07.2025  11:32 

Liderlər Füzulidədir

17.07.2025  10:37 

Suriyada 356 nəfər həlak olub

17.07.2025  10:28 

25 günlük körpə ölü tapıldı

17.07.2025  10:16 

Dilarə Əliyeva mükafat aldı

16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur


BÜTÜN XƏBƏRLƏR +