Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib


25.06.2025  10:00 

İtaliyanın Milli Günü qeyd edildi





A+  A-

İlk dəfə hələ 1919-cu ildə Bakıda İtaliya Nümayəndəliyi açılıb.

Bakıda İtaliyanın Milli Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.
Çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin tarixindən söz açaraq bildirib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı, Azərbaycan isə İtaliyanın mühüm strateji enerji təchizatçısıdır.



O, bu əməkdaşlığın qeyri-enerji sahələrində və işğaldan azad olunmuş ərazilərin bərpasında da davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.
İki ölkə arasında strateji tərəfdaşlığın yüksəksəviyyəli siyasi dialoqa əsaslandığını vurğulayan Luka di Canfrançesko dövlət başçıları və hökumət rəhbərləri arasında son illərdə keçirilən görüşləri xatırladıb. Diplomat, həmçinin mədəni əməkdaşlığa toxunaraq, Azərbaycanda “Made in Italy” məhsullarına və İtaliya mədəniyyətinə böyük maraq göstərilməsini sevindirici hal hesab edib.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışında İtaliya hökumətini və xalqını təbrik edib, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. O, İtaliya şirkətlərinin Azərbaycanın müxtəlif sahələrində fəal iştirak etdiyini məmnunluqla vurğulayıb.
Nazir elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini, bir sıra universitetlər arasında tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini bildirib. O, bu istiqamətdə birgə layihələrin və tədqiqatların əhəmiyyətini qeyd edib.
Emin Əmrullayev, həmçinin İtaliyanın COP29 çərçivəsində dəstəyini və iştirakını yüksək qiymətləndirərək gələcək əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
Sonra qonaqlar üçün bədii proqram təqdim olunub.




Xəbər 111 dəfə oxunub.

'



Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +