Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


08.06.2017  19:45 

Prezident yanğınla bağlı tədbirləri nəzarətə götürdü





A+  A-

Xəbər verdiyimiz kimi, iyunun 7-də paytaxtın Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1, ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 nömrəli yataqxanasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində 16 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər yanıb.
XəzərNews.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata əsasən, Baş nazirin müavini Əli Həsənov hadisə barədə Prezident İlham Əliyevə məlumat verib və görülən bütün tədbirlər dövlət başçısının nəzarəti altındadır.

İyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Dövlətqaçqınkomun məsul əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və yanğından zərər çəkmiş məcburi köçkünlər iştirak ediblər.

Müşavirədə məcburi köçkünlərlə aparılan müzakirələrdən sonra qərara alınıb ki, yanan mənzillər qısa müddət ərzində təmir ediləcək. Sakinlərə isə müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaları üçün maddi yardım veriləcək.

Bununla yanaşı məcburi köçkünlərə dəymiş ziyanın araşdırılması üçün Komitə sədrinin Sərəncamı ilə müvafiq qurumların nümayəndələrinin və məcburi köçkünlərin iştirakı ilə komissiya yaradılıb.

Baş nazirin müavini Əli Həsənov yanğın baş vermiş mənzillərin çıx qısa müddətdə təmir edilməsi üçün müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.

Xəbər 2762 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +